Xoş gəlmisiniz!
GDU-nun "Çinar" komandası finalda PDF Çap etmək E-mail
Müəllif: Vasif Həsənov   
Çərşənbə, 16 Aprel 2014 19:01

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın 13 aprel 2014-cü il tarixində ilk mərhələsi keçirilmişdir. Olimpiadanın ilk mərhələsində respublikanın 8 ali təhsil müəssisəsindən 49 komanda iştirak etmişdir. Respublikanın 8 ali təhsil müəssisəsindən 28 komanda ikinci (final) mərhələsinə vəsiqə qazanmışdır. Bu komandalarla www.olimpiada.az səhifəsininin“Finalçılar” bölməsindən tanış ola bilərsiniz.

Daha ətraflı...
 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib PDF Çap etmək E-mail
Müəllif: Samir Piriyev   
Çərşənbə axşamı, 15 Aprel 2014 10:54

Gəncə Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir.

May ayının 10-da xalqımızın dahi oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bir faktı xüsusi qeyd etmək yerinə düşər ki, dahi öndər  Heydər Əliyev xalqımızın yüksək milli-mənəvi dəyərlərinin qorunmasında, onların dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və bu dəyərlərin təbliğ edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsində böyük rol oynamışdır. Gəncə Dövlət Universitetində Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə xüsusi önəm verilir. Aprel ayında Universitetdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və Azərbaycanda təhsil” mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Bütün fakültələrdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş fənn olimpiadaları təşkil olunur. Aprel ayının 1-dən başlayaraq professor-müəllim heyəti, magistr və tələbələr Heydər Əliyev Mərkəzini ziyarət edir. Eyni zamanda Universitetdə Ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm sərgisi, kitab sərgisi də təşkil olunacaq. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.

Yenilənmə vaxtı: Çərşənbə axşamı, 15 Aprel 2014 10:58
 
İnformatika üzrə Ümumrespublika Olimpiadası PDF Çap etmək E-mail
Müəllif: Vasif Həsənov   
Bazar ertəsi, 14 Aprel 2014 19:00

13.04.2014-cü il tarixində Gəncə Dövlət Universitetinin komandaları Qafqaz Universitetində keçirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda iştirak etmişlər. Qeyd edək ki, bu il təşkil olunmuş olimpiada sayca 9-cudur. Bu mərhələdən keçən komandalar 26.04.2014 tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcəkdir.

Daha ətraflı...
 
Universitetlər arası müqavilə imzalandı. PDF Çap etmək E-mail
Müəllif: Samir Piriyev   
Çərşənbə axşamı, 08 Aprel 2014 12:15

 

Gəncə Dövləti Universiteti Türkiyənin Kasatamon Universiteti ilə müqavilə imzaladı.

8 aprel 2014-cü il tarixdə Türkiyənin Kastamon Universitetinin nümayəndələri Gəncə Dövlət Universitetində qonaq olub. Qonaqları Universitetin rektoru, professor Yusif Yusibov salamlayıb, universitetimiz haqqında ətraflı məlumat vermişdir. Mevlana Mübadilə proqramı çərçivəsində  Gəncə Dövlət Universiteti və Kastamon Universiteti arasında müqavilə imzalamışdır. Xatırladaq ki, GDU-nu Mevlana Mübadilə proqramı çərçivəsində Hacettepe,Bartın,Giresun,Ardahan,Firat Universitetləri ilə də müqavilələri var.

Yenilənmə vaxtı: Çərşənbə axşamı, 08 Aprel 2014 12:17
 
<< İlk < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Səhifə 1 - 48