Xoş gəlmisiniz!
Gəncə Dövlət Universitetində Milli Mətbuat Günü qeyd olunub PDF Çap etmək E-mail
Müəllif: Samir Piriyev   
Cümə axşamı, 24 İyul 2014 04:32

 

İyulun 22-də Gəncə Dövlət Universitetində Milli Mətbuat Günü olunub Qeyd. dəyirmi masa ətrafında keçirilən tədbirinin giriş sözü ilə tərbiyə işləri üzrə prorektor Asif Cavadov açaraq mətbuat nümayəndələrini universitetin rektoru, professor Yusif Yusibovun adından salamlayaraq onların peşə bayramını təbrik Edib.

Tədbirdə Azərbaycan Jurnalistlər Birliyi Gəncə şəhər Təşkilatının sədri, «Gəncənin səsi» qəzetinin baş Redaktorlar Rəfiqə Sadıqova, Azərbaycan televiziyasının İctimai Televiziya və radio yayımları şirkəti Gəncə nümayəndəliyinin rəhbəri Vaqif Tanrıverdiyev, «Respublika» qəzetinin bölgə müxbiri Zabit Xəlilov və başqaları milli mətbuatımızın dünənindən və bu günündən söz açmış, universitet rəhbərliyinə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə «yüksəliş» qəzetinin əməkdaşlarına universitet rəhbərliyinin və Azad Həmkarlar Təşkilatının fəxri fərmanları və mükafatları nami olunub. Milli Mətbuat Gününə həsr olunmuş tədbir çay süfrəsi arxasında Davam Edib.

Ümbulbanu HACIYEVA,

GDU-nun əməkdaşı

 
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Müəllif: Administrator   

İyunun 9-da Gəncə Dövlət Universiteti Elmi Şurasının 2013-2014-cü tədris ilinin yekun iclası keçirilib. Elmi Şuranı giriş sözü ilə açan professor Yusif Yusibov ali təhsil müəssisəsinin nailiyyətlərindən və qarşıda duran vəzifələrindən danışıb. Bildirilib ki, GDU-nun beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində Azərbaycan Təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi mühüm rol oynamışdır. O da qeyd olunub ki, universitetin beynəlxalq əlaqələri bir neçə istiqamət üzrə inkişaf edir. GDU-nun xarici ölkələrdə elm və təhsillə bağlı müxtəlif layihələrdə, elmi konfranslarda və simpoziumlarda iştirak etməsi, əcnəbi tələbələrin universitetdə təhsilinə nail olması, universitetin beynəlxalq inkişaf planında olan vəzifələrdəndir.

Daha ətraflı...
 
Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələri PDF Çap etmək E-mail
Müəllif: Administrator   
Cümə, 27 İyun 2014 06:44

Müstəqil zəngin iqtisadi potensiala malik bir dövlət kimi Azərbaycan Respubilkasının dünyaya inteqrasiyası, beynəlxalq münasibətlərin genişlənib möhkəmlənməsi, informasiya  axını  xarici dillərə olan təlabatı  zərurətə çevirmişdir.
Azərbaycan Respubilkasının təhsil sahəsində islahat proqramı, bu sahədə aparılan  tədqiqatların nəticəsi göstərir ki, hal – hazırda  inkişaf  etmiş Avropa ölkələrinə inteqrasiya olunmaq, Avropada yaşayan  xalqlar ilə ünsiyyət  yaratmaq üçün milli təhsil sistemində, o  cümlədən, xarici  dillərin müasir tələblər baxımından yüksək səviyyədə tədrisində  əsaslı dəyişikliklər etmək aktuallaşmışdır.
Ulu öndər Heydər Əliyevin  sarsılmaz xarici siyasətinin parlaq  nümunəsi  kimi  Azərbaycan və Fransa dövlətləri arasında hər bir sahədə məhsuldar diplomatik münasibətlər  mövcuddur. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da vüsət  aldığı bir dövrdə Gəncə Dövlət Universiteti də beynəlxalq əlaqələrin genişlənməsində önəmli yer tutur.

 

Yenilənmə vaxtı: Cümə axşamı, 03 İyul 2014 07:28
Daha ətraflı...
 
Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat yığıncağı keçirilmişdir PDF Çap etmək E-mail
Müəllif: Samir Piriyev   
Çərşənbə axşamı, 24 İyun 2014 19:57

İyunun 24-də universitetin Tələbə Gənclər Təşkilatının hesabat yığıncağı keçirildi. Hesabat yığıncağını Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova açaraq 13 may 2011-ci ildən bu günə qədər – 24 iyun 2014-cü ilədək gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, universitet Tələbə Gənclər Təşkilatı böyüməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında istiqamətləndirilməsində, şəhər tədbirlərində, tələbələrin ümumrespublika yarışlarında GDU-nun tələbələri fəal iştirak etmiş, daim birincilər sırasında dayanmışlar. N.Talıbova sədrlik fəaliyyəti göstərdiyi 3 il ərzində şəxsi təşkilatçılığı ilə keçirilmiş bütün tədbir və konfranslar haqqında ətraflı məruzə etdi.

Təlim-tərbiyə işləri üzrə prorektor Asif Cavadov yığıncaq iştirakçılarını universitetin rektoru, professor Yusif Yusibovun adından salamladı. Tələbə Gənclər Təşkilatının səmərəli fəaliyyətindən danışaraq N.Talıbovaya universitet rəhbərliyinin təşəkkürünü çatdırdı.

Sonra yığıncaq iştirakçıları Tələbə Gənclər Təşkilatının 3 illik fəaliyyətini əks etdirən videoçarxa tamaşa etdilər. Yığıncaqda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və başqaları çıxışlarında Tələbə Gənclər Təşkilatının fəallığından, Gəncənin 2016-cı ildə Gənclər Paytaxtı seçilməsində GDU tələbələrinin böyük zəhmətindən bəhs etdilər.

Sonra Universitet Tələbə Gənclər Təşkilatının fakültələr üzrə yeni idarə heyəti seçildi. İqtisadiyyat və idarəetmə fakültəsinin fəal tələbəsi, təşkilatın idarə heyətinin üzvü Orxan Məmmədov universitet Tələbə Gənclər Təşkilatının sədri seçildi.

Sonda Asif Cavadov yeni seçilmiş idarə heyətinə və təşkilatın sədri Orxan Cəfərova bu şərəfli, həm də məsuliyyətli vəzifələrini ləyaqətlə yerinə yetirəcəklərindən ümidvar olduğunu bildirərək onlara uğurlar arzuladı.

Ümbülbanu HACIYEVA,

GDU-nun əməkdaşı

 

Yenilənmə vaxtı: Çərşənbə axşamı, 24 İyun 2014 19:58
 
<< İlk < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Səhifə 1 - 57

Bannerlər

Banner
Banner
Banner
Banner
Banner
404 Not Found

Not Found

The requested document was not found on this server.


Web Server at haus-thurn.com